Bakıda baş tutan “UFC Fight Night” turnirində çıxış etmiş azərbaycanlı döyüşçü Tofiq Musayev yaxın zamanda yenidən UFC səhnəsinə çıxacaq. Sport-az.com xəbər verir ki, bu barədə məlumatı idmançı Sport-az.com-a verdiyi açıqlamada özü təsdiqləyib.
Məlumata görə, Musayevin növbəti döyüşü oktyabrın 5-də Las-Veqasda baş tutacaq UFC turnirində olacaq. Qeyd edək ki, Tofiq Musayev UFC ilə 4 döyüşdən ibarət müqavilə imzalayıb.



