Tramp Ağ Evdə UFC döyüşünün keçiriləcəyini elan edib

ABŞ sabiq prezidenti Donald Tramp Ağ Ev ərazisində UFC döyüşünün təşkil olunacağını bəyan edib.

Sport-az.com xəbər verir ki, Tramp bu açıqlamanı Müstəqillik Bəyannaməsinin qəbulunun 250-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib. “Təsəvvür edin, Ağ Evin ərazisində UFC döyüşü keçirəcəyik. Bunun üçün kifayət qədər yerimiz var“, – deyə Donald Tramp qeyd edib.

Trampın sözlərinə görə, tədbirdə 20-25 min nəfərlik tamaşaçı auditoriyasının iştirakı ilə çempionluq titulu uğrunda döyüş baş tutacaq. Lakin o, qarşılaşmanın dəqiq tarixi və döyüşçülərin adları barədə heç bir məlumat verməyib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni