Xuliqanlıqda ittiham olunan kikboksçu Tülin Ələkbərovanın məhkəmə prosesi başa çatıb. Sport-az.comun Qafqazinfoya istinadla verdiyi xəbərə görə, Nərimanov Rayon Məhkəməsində keçirilən son iclasda hökm elan olunub.
Tülin, kafelərdən birində mübahisə etdiyi qadına yumruqla xəsarət yetirməkdə təqsirli bilinib. Zərərçəkmişin şikayəti əsasında idmançı barəsində cinayət işi başlanılıb.
Həmin əmələ görə qanunvericilikdə 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulsa da, məhkəmə yumşaldıcı halları nəzərə alaraq həbs qərarı çıxarmayıb.
Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Tülin Ələkbərovaya 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq taxılması) cəzası verilib.
Qərara əsasən, Tülin elektron cihazın işlək vəziyyətdə saxlanılması və qoyulan digər nəzarət qaydalarına ciddi əməl etməlidir.



