“Qalatasaray”ın baş məşqçisi Okan Buruk, Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda “Tottenhem”ə qarşı 3:2 hesablı qələbədən sonra fikirlərini bildirib.
Sport-az.com-ın məlumatına görə, Buruk bu qələbənin Türkiyə futbolu üçün böyük əhəmiyyət daşıdığını qeyd edib:
“Futbolçularımla və “Qalatasaray” azarkeşləri ilə fəxr edirəm. Hamımız birgə rəqibə güclü təzyiq göstərdik. Bu, Türkiyə futbolu tarixində bir komandanın İngiltərə klubuna qarşı göstərdiyi ən böyük təzyiq idi. İkinci hissədə 7-8 qol vurmaq şansımız oldu. Yorğunluq hiss etdik və Mauro İkardi zədələndi. 4-cü qolu da vurmalı idik. Türkiyə Superliqasının səviyyəsini hər kəsə göstərdik. Türkiyə futbolu çox dəyərlidir və bu oyunun mənim üçün ən yaxşı matç olduğunu düşünürəm.”
Qeyd edək ki, “Qalatasaray” hazırda Avropa Liqasında 10 xalla 3-cü pillədə qərarlaşıb.