UEFA Çempionlar Liqasında daha altı oyun keçirildi – “Qarabağ”ın rəqibi uduzdu

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda növbəti altı qarşılaşma baş tutub.

Sport-az.com-un məlumatına görə, “Qarabağ“ın qrupdakı rəqiblərindən olan Niderland təmsilçisi “Ayaks” ev oyununda İtaliyanın “İnter” klubunu qəbul edib və 0:2 hesabı ilə məğlub olub.

Digər oyunlarda isə maraqlı nəticələr qeydə alınıb. Fransanın PSJ komandası “Atalanta”ya qarşı inamlı qələbə qazanıb – 4:0. İngiltərədə keçirilən “Liverpul” – “Atletiko” duelində meydan sahibləri 3:2 hesabı ilə qalib gəlib. Almaniyanın nəhəngi “Bavariya” isə “Çelsi”ni darmadağın edib – 3:1.

Günün bütün nəticələri:

  • “Olimpiakos” (Yunanıstan) – “Pafos” (Kipr) – 0:0
  • “Slaviya” (Çexiya) – “Budyo Qlimt” (Norveç) – 2:2
  • PSJ (Fransa) – “Atalanta” (İtaliya) – 4:0
  • “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) – 3:1
  • “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) – 3:2
  • “Ayaks” (Niderland) – “İnter” (İtaliya) – 0:2

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni