21 iyun 2025-ci ildə Bakı şəhərində keçiriləcək UFC 260 turnirinin əsas döyüş kartı üzrə iştirakçı cütlükləri bəlli olmağa başlayıb. Sport-az.com xəbər verir ki, hazırda əsas kartda altı qarşılaşma təsdiqlənib, lakin qarşıdakı günlərdə bu sayın artması gözlənilir.
Turnirin əsas döyüşü yarım ağır çəki dərəcəsində baş tutacaq. Bu qarşılaşmada sabiq UFC çempionu Camaal Hill amerikalı həmkarı, titul uğrunda mübarizə aparmış Xalil Rauntree ilə qarşılaşacaq.
Əsas kart
Yarım ağır çəki
- Camaal Hill (ABŞ) – Xalil Rauntree (ABŞ)
Ağır çəki
- Rizvan Kuniyev (Rusiya) – Körtis Bleyds (ABŞ)
Çox yüngül çəki
- Kyodzi Horiguçi (Yaponiya) – Taqir Ulanbekov (Rusiya)
Ağır çəki
- Məhəmməd Usman (Nigeriya) – Hamdi Əbdülvahhab (Misir)
Qadınlar – yüngül çəki
- İrina Alekseyeva (Rusiya) – Klaudiya Siqula (Polşa)
Qadınlar – yüngül çəki
- Melisa Mallins (İngiltərə) – Darya Jeleznyakova (Rusiya)
Əvvəlki döyüşlər (Prelims – ABC/ESPN+)
Orta çəki
- Pak Çon-Yon (Cənubi Koreya) – İsmayıl Naurdiyev (Avstriya)
Turnirin keçirilməsi Bakı üçün UFC səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etmək baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, regional döyüşçülər üçün də dünya arenasında özlərini göstərmək imkanı yaradacaq.