Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov 21 iyun tarixində Bakıda keçiriləcək UFC tədbirində növbəti dəfə oktagona çıxacaq. Bu dəfə onun rəqibi Braziliyadan olan Nikolaz Motta olacaq.
Bu qarşılaşma artıq UFC tərəfindən rəsmi şəkildə təsdiqlənib. “Qara Qurd” ləqəbli Sadıxov təşkilatda keçirdiyi 4 döyüşdə məğlub olmayıb. O, Evan Elder, Terrance McKinney və Ismael Bonfim kimi rəqibləri vaxtından əvvəl məğlub edib və rusiyalı Vyaçeslav Borşovy ilə döyüşü heç-heçə ilə başa vurub.
32 yaşlı Nikolaz Motta isə hazırda yüksəlişdədir. O, son iki döyüşünü qələbə ilə başa vurub – Tom Nolanı texniki nokautla məğlub edib və Maheshate Hayser üzərində yekdilliklə qalib gəlib.
Bakıda baş tutacaq UFC turnirinin əsas döyüşü amerikalı yarım-ağırçəkid döyüşçüləri – Jamahal Hill və Khalil Rountree arasında olacaq. Bu döyüş Azərbaycanın UFC-də ev sahibliyi etdiyi ilk tədbirin əsas məqamlarından biri kimi tarixə düşəcək.