İrlandiyalı döyüşçü ilə amerikalı ulduzun rinqə çıxması baş tutmayacaq
UFC prezidenti Dana Uayt, Konor Makqreqor və məşhur restler, YouTube fenomeni Loqan Pol arasında keçiriləcək boks döyüşünü bloklayıb. Bunun əsas səbəbi Dana Uaytın Loqanın qardaşı, bloger və boksçu Ceyk Pola qarşı şəxsi nifrəti olub.
Dailymail portalının məlumatına görə, Makqreqor son üç il yarım ərzində UFC-də döyüşməsə də, 250 milyon dollarlıq mükafat fondu olan bu döyüş üçün danışıqlar aparırdı. Qarşılaşmanın bu ilin sonuna doğru Hindistanın Mumbay şəhərində baş tutması planlaşdırılırdı.
Lakin UFC rəhbərliyi bu duelin heç bir halda reallaşmayacağını açıq şəkildə bəyan edib.



