Ülviyyə Fətəliyeva Avropa çempionatında zirvəyə yüksəldi

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Batumidə keçirilən qadınlar arasında fərdi Avropa çempionatına uğurlu çıxışla başlayıb. İlk iki turdan sonra maksimum nəticə göstərən təcrübəli şahmatçı turnir cədvəlinin ön sıralarında qərarlaşıb.

Azərbaycanın qadın şahmatında əsas simalardan sayılan Fətəliyeva start mərhələsində Estoniya təmsilçisi Marqaret Olde və gürcü şahmatçı Maka Purtseladzeyə qalib gəlib. İki oyundan sonra 2 xal toplayan şahmatçımız əlavə göstəricilərə əsasən lider mövqeyinə yüksəlib.

Turnirdə Azərbaycanı ümumilikdə 11 şahmatçı təmsil edir. İlk iki turun nəticələrinə görə bir neçə təmsilçimiz iddialılar sırasında yer almağı bacarıb.

Hazırkı nəticələr:

  • Ülviyyə Fətəliyeva – 2 xal
  • Gövhər Bəydullayeva – 1,5 xal
  • Türkan Məmmədyarova – 1,5 xal
  • Günay Məmmədzadə – 1,5 xal

Üçüncü turda maraqlı Azərbaycan dueli baş tutacaq. Ülviyyə Fətəliyeva bu dəfə Türkan Məmmədyarova ilə qarşılaşacaq.

Qeyd edək ki, bir müddət əvvəl ana olan Günay Məmmədzadə də Batumidəki yarışla böyük şahmata dönüş edib. O, start mərhələsində 1,5 xal toplayaraq ilk otuzluqda qərarlaşıb.

Dünya Kubokuna vəsiqə uğrunda mübarizə

Avropa çempionatı şahmatçılar üçün yalnız medal yarışı deyil, həm də Dünya Kubokuna gedən yol hesab olunur. Yarışın yekununda ilk 10 pillədə qərarlaşacaq şahmatçılar 2027-ci ildə keçiriləcək Dünya Kubokuna vəsiqə əldə edəcəklər.

Gövhər Bəydullayevanın son aylarda açıq Avropa çempionatında da iştirak etməsi diqqət çəkib. O, Katovitsedə keçirilən yarışda qadın şahmatçılar arasında ən yaxşı nəticələrdən birinə imza atmışdı.

Batumidə davam edən turnir Azərbaycan şahmatçıları üçün həm reytinq, həm də beynəlxalq təcrübə baxımından mühüm əhəmiyyət daşıyır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni