Ukraynalı dünya çempionu boksçu Aleksandr Usik (24-0, 15 KO) Londonun “Uembli” stadionunda keçirilən revanş döyüşündə britaniyalı Daniel Dubuaya (22-3, 21 KO) qarşı qələbə qazandı. Usik rəqibini beşinci raundda əvvəlcə nokdauna göndərdi, sonra isə çənəsinə endirdiyi dəqiq zərbə ilə nokauta saldı.
Döyüş bərabər səviyyədə keçsə də, əsasən Usikin nəzarəti altında olub. Qarşılaşmada superağır çəkidəki bütün titul kəmərləri ortaya qoyulmuşdu. Usik artıq sahib olduğu WBA, WBC, WBO və IBO kəmərlərinə əlavə olaraq, Dubuadan IBF titulunu da aldı.
Bu, onların ikinci döyüşü idi — 2023-cü ilin yayında baş tutan ilk qarşılaşmada da Usik Dubuanı doqquzuncu raundda nokauta salmışdı.
Aleksandr Usik superağır çəki dərəcəsində ikinci dəfə mütləq dünya çempionu adını qazanıb. O, bu titula daha əvvəl ağır çəkidə də sahib olub.
Qeyd edək ki, 2 mayda Usikin peşəkar karyerasını başa vurmaq qərarına gəldiyi açıqlanıb. Amma bundan əvvəl o, iki döyüş keçirmək niyyətindədir — biri Dubua ilə iyulda idi, digəri isə Tayson Fyuri ilə olacaq (dəqiq tarix hələ açıqlanmayıb).
