More

    Usik – Dyubua: 1xBet boksçuların dünya çempionu titulu uğrunda döyüşdə şanslarını qiymətləndirdi

    Qlobal bettinq şirkəti bu yay üçün 19 iyulda Wembley-də baş tutacaq əsas döyüşü elan edir. Azərkeşlər həyəcanla Usik – Dyubua qarşılaşmasının ikinci seriyasını gözləyirlər. Bu döyüşdən sonra yeni ağır çəki kralının adı bəlli olacaq.

    Aleksandr Usik: zərgər dəqiqliyi və yüksək boks IQ‑su

    2 il əvvəl Vrotslavda Thr Cat Daniyel Dyubuanı nokauta saldı, lakin britaniyalı və onun komandası məğlubiyyəti qəbul etmədi. Məsələ ondadır ki, 5‑ci raundda hakim aşağı qurşağın altına zərbə qeydə aldı, bu zərbədən sonra Usik rinqə yıxıldı. Boks ictimaiyyəti bu epizodu hələ də müzakirə edir, amma heç kim statistikanı xatırlamır: Aleksandr rəqibini həm zərbələrin sayına, həm də dəqiqliyinə görə üstələmiş və bütün raundları qəti üstünlüklə qazanmışdı.

    Usik haqlı olaraq ağır çəkililər arasında ən texnikalı boksçu hesab olunur – o, rinqdə sanki uçur və rəqiblərini sistemli şəkildə zəiflədir. Peşəkar səviyyədə keçirdiyi bütün döyüşlərdə ukraynalı idmançı qalibiyyətə inanılmaz həvəs göstərib və hətta son raundlarda belə yüksək tempi qoruyub saxlayıb.

    Aleksandr ağır çəki dərəcəsinə görə nisbətən sadə antropometriyasını dözümlülük, texnika və hiyləgər sol cəbhə zərbəsi ilə kompensasiya edir. Son raundlarda o, yırtıcı rejiminə keçir və ovuna başlayır. Usik – rinqdə şahmat oynayan uzaqgörən strategdir və bu sahədə onun tayı-bərabəri yoxdur.

    Dyubua — kral­ları devirməyi bacaran unikal nokaut ustasıdır. 

    Lennoks Lyuis, Teddi Atlas və digər boks əfsanələri hesab edir ki, Daniel Dyubua son 24 ayda ciddi dəyişikliklər edib və yeni çempion olmağa qadirdir. Britaniyanın ən istedadlı perspektivli boksçuları arasında döyüşdə o, Entoni Coşuanı nokauta salıb, daha sonra isə əvvəllər məğlub olmayan xorvat Filip Xrqoviçin hücum selinə tab gətirib və onu da nokauta uğradıb.

    Usikə məğlubiyyətdən sonra Daniel dözümlülüyünü artırdı. İndi o, zərbələrə daha yaxşı tab gətirir və bunu son döyüşlərində artıq nümayiş etdirib. Bununla yanaşı, o, hələ də bir dəqiq zərbə ilə döyüşü bitirə bilən təhlükəli pançer olaraq qalır.

    Britaniyalı boksçu üçün şanslı bilet onun psixoloji dayanıqlığı və döyüş boyu yüksək tempi qorumaq bacarığı ola bilər. Üç çəki dərəcəsində keçmiş dünya çempionu Dyuk Makkenzinin fikrincə, Dyubua Usikə qarşı döyüşü sonsuz zərbə mübadiləsinə çevirməlidir. Daniel üçün rinqdə xaos sərfəlidir, çünki taktika və texniki boks baxımından o, hələ də Aleksandrla rəqabət apara bilmir.

    Yeni ağır çəki kralı kim olacaq?

    1xBet Azərbaycan mütəxəssisləri bu meqadöyüşün favoritini Aleksandr Usik hesab edirlər. Ukraynalının qələbəsinə əmsal – 1.34, Daniel Dyubuanın qələbəsinə isə – 3.785-dir. Döyüşün heç-heçə ilə başa çatacağını düzgün proqnozlaşdırmaq mərci 18 dəfə artıracaq.

    Boksçuların qələbə şanslarını təhlil edərkən ilk döyüşün nəticəsinə ehtiyatla yanaşmaq lazımdır. Son 2 ildə Dyubua texniki arsenalını genişləndirib və əzələ kütləsini artırıb, Usik isə yaşlaşıb və karyerasının sonuna bir neçə addım da yaxınlaşıb.

    Tərəzidə nə üstələyəcək: ukraynalının təcrübəsi və istənilən rəqibə qarşı düzgün yanaşma tapmaq bacarığı, yoxsa Dyubuanın alovlu döyüş ruhu və güclü sağ düz zərbəsi?

    Yay mövsümünün boks üzrə əsas hadisəsini qaçırmayın və 1xBet ilə birlikdə bu möhtəşəm döyüşdən zövq alın!

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni