Boks üzrə dünya çempionu Aleksandr Usikin tanınmış dietoloqu və şəxsi məşqçisi Yekaterina Tolstikova sağlam həyat tərzi üçün vacib olan qidalanma prinsiplərini bölüşüb. Onun sözlərinə görə, liflə zəngin məhsullar həm peşəkar idmançılar, həm də sağlam qalmaq istəyən insanlar üçün rasionun ayrılmaz hissəsi olmalıdır.
Niyə lif vacibdir?
Bir çoxları lifin sadəcə “ballast” olduğunu düşünür, lakin əslində o, orqanizm üçün həyati əhəmiyyət daşıyan bir komponentdir. Yekaterina Tolstikova lifin aşağıdakı əsas funksiyalarını vurğulayır:
- Həzm sistemini yaxşılaşdırır – bağırsaq hərəkətliliyini aktivləşdirir, qəbizliyin qarşısını alır
- Bağırsaq mikroflorasını qidalandırır – faydalı bakteriyalar üçün enerji mənbəyidir
- Qanda şəkərin səviyyəsini tənzimləyir – şəkərin sorulmasını ləngidir, qəfil yüksəlişlərin qarşısını alır
- Xolesterini azaldır – “pis” xolesterinin bədəndən çıxarılmasına kömək edir
- Toxluq hissini uzadır – lifli qidalar uzun müddət toxluq hissi verir
- Toksinlərin çıxarılmasına kömək edir – bağırsaqlarda “təmizləyici” rolunu oynayır
Qısaca desək, lif orqanizmin optimal fəaliyyəti üçün zəruri maddədir.
Tolstikovadan TOP-5 liflə zəngin məhsul:
- Hindqozu – 100 qramda təqribən 9 q lif
- Nohut – bişmiş halda 7,6 q/100 qram, quru halda isə 17 q/100 qram
- Avokado – 100 qramda 6,7 q lif
- Arpa sıyığı (perlovka) – 4 q/100 qram
- Kuşkonmaz (sparja) – 2,1 q/100 qram
Yalnış hesab edilən “lif mənbələri”
Tolstikova bəzi məhsulların yanlış şəkildə liflə zəngin hesab edildiyini bildirir:
- Təbii şirələr və fresslər – meyvə və tərəvəzdəki lif sıxılma zamanı itir
- Ağ düyü – emal zamanı lifin böyük hissəsi aradan qalxır
- Ağ çörək – təmizlənmiş undan hazırlanır, liflə yoxsuldur
- Qarğıdalı lopaları – çox emal olunub, şəkərli, lakin lif azdır
- Kartof püresi – lif əsasən qabığında olur, pürede isə miqdar azalır
- Meyvəli yoqurtlar – çoxlu şəkər, az real meyvə və lif
- Xiyar, pomidor, aysberq salatı – əsasən sudan ibarətdir, lif baxımından zəifdirlər
Dietoloq vurğulayır ki, bu məhsullar faydalı ola bilər, lakin əsas lif mənbəyi kimi qəbul edilməməlidir.



