Azərbaycan şahmatçısı Vasif Durarbəyli noyabrın 8-19-da Monteneqronun Petrovats şəhərində keçiriləcək şahmat üzrə Avropa çempionatında mübarizə aparacaq.
Sport-az.com xəbər verir ki, ABŞ-da yaşayan qrossmeyster dünya çempionatına vəsiqə qazandıracaq bu nüfuzlu turnirdə iştirak üçün ərizə verib. Çempionatda ümumilikdə 150 şahmatçı iştirak edəcək, reytinq favoritləri arasında Vladimir Fedoseyev (Sloveniya) ön sıralardadır. Azərbaycan təmsilçiləri arasında isə ən yüksək reytinqə malik olan Rauf Məmmədov bu göstəriciyə görə 22-ci yerdədir.
Azərbaycanın digər güclü şahmatçıları Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Misrəddin İsgəndərov, Riad Səmədov, Namiq Quliyev, Xəzər Babazadə, Vüqar Manafov, Xaqan Əhməd, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Şiroğlan Talıbov, Orxan Abdulov, Allahverdi Həmidov, Şahin Vəliyev, Ümid Aslanov, Elcan Abdulkərimli, Orxan Bağırov və Kamran Vəlizadə də bu çempionatda ölkəmizi təmsil edəcək.



