Azərbaycanlı qarışıq döyüş növləri (MMA) üzrə idmançı Vüqar Kərəmov növbəti döyüşünü Rizin turnirində keçirəcək.
Sport-Az.com-un məlumatına görə, “Qəbələ” idman klubunun üzvü Vüqar Kərəmov Yaponiyanın döyüşçüsü Şuya Kimuraya qarşı oktaqonda üz-üzə gələcək. Döyüş 14 iyun tarixində Yaponiyanın Sapporo şəhərində baş tutacaq.
Məlumata görə, əgər Azərbaycan təmsilçisi döyüşü qazanarsa, o, çempion tituluna iddia etmək hüququ qazanacaq. Vüqar Kərəmov Rizin turnirində 9 döyüş keçirib və bu döyüşlərin 6-sını qazanıb. Ümumilikdə, idmançının 26 döyüşdən 20-si qələbə ilə başa çatıb.