MMA dünyasının əfsanəsi, keçmiş UFC yüngül çəki çempionu Xabib Nurməhəmmədov bu yay Bakıda keçiriləcək beynəlxalq döyüş turniri üçün Azərbaycana səfər edəcək.
Bu barədə idmançı özü sosial şəbəkələrdə məlumat yayıb. O bildirib ki, Bakıya UFC döyüşçüsü Tagir Ulanbekov ilə birlikdə gələcək:
“Qonaqpərvər Azərbaycana Tagirlə birlikdə gəlirik. Yalnız qələbə!” – deyə Xabib paylaşımında qeyd edib.
UFC Bakıda: döyüş gecəsi və iştirakçılar
Turnir 21 iyun tarixində Baku Crystal Hall arenasında baş tutacaq. Bu tədbir UFC-nin regionda təşkil etdiyi ilk rəsmi döyüş gecələrindən biri olacaq.
Gecənin əsas qarşılaşmalarından biri Tagir Ulanbekov ilə yaponiyalı təcrübəli döyüşçü Kyodzi Horiquçi arasında olacaq. Bu döyüş UFC azarkeşləri tərəfindən böyük maraqla gözlənilir.
Xatırladaq ki, Tagir Ulanbekov uzun müddətdir ki, Xabib Nurməhəmmədovun komandasında çıxış edir və onun rəhbərliyi altında böyük uğurlar qazanıb.