Vətən müharibəsində qazanılan şanlı zəfərə həsr olunan “Zəfər Kuboku 2025” güllə atıcılığı üzrə keçirilən yarışın qalibləri müəyyənləşib. Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində reallaşan bu mötəbər tədbirdə Azərbaycan, Belarus və Gürcüstandan 100-dən çox idmançı qüvvəsini sınayıb.
Turnirin nəticələri belədir:
Qadınlar arasında 10 metr məsafəyə pnevmatik tüfənglə atış:
- Nikol Kurilenak (Belarus)
- Darya Çupris (Belarus)
- Əfsanə Elvina (Azərbaycan)
Kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfənglə atış:
- Ruslan Qəhrəmanov (Azərbaycan)
- Əliməmməd Hüseynov (Azərbaycan)
- Ramiz Xəlilov (Azərbaycan)
Qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atış:
- Nigar Nəsirova (Azərbaycan)
- Lyubov Yaskeviç (Belarus)
- Zoya Dasko (Belarus)
Kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atış:
- İvan Kazak (Belarus)
- Vladislav Dzemeş (Belarus)
- Vladislav Kalmıkov (Azərbaycan)
10 metr məsafəyə pnevmatik tüfəngdən atış üzrə qarışıq komanda yarışında:
- Elvina Əfsanə / Zahid Sofiyev (Azərbaycan)
- Aynur Mahmudova / Ruslan Qəhrəmanov (Azərbaycan)
- Vəfa Zeynalova / Əliməmməd Hüseynov (Azərbaycan)
10 metr məsafəyə pnevmatik tapançadan atış üzrə qarışıq komanda yarışında:
- Zoya Dasko / Yuri Kravtsov (Belarus)
- Aleksandra Pyatrova / Vladislav Dzemeş (Belarus)
- Mariami Prodiaşvili / Giorgi Mumladze (Gürcüstan)
Bu uğurlu nəticələr ölkəmizin güllə atıcılığı sahəsində beynəlxalq arenada mövqeyinin gücləndirilməsinə töhfə verir.



