“Neftçi” – “Gəncə” oyunu təxirə salınıb

Azərbaycan Basketbol Liqasının III turu çərçivəsində keçiriləcək “Neftçi” – “Gəncə” komandaları arasındakı qarşılaşma təxirə düşüb. Bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti rəsmi açıqlama yayıb.

Oyun “Neftçi”nin Avropa Klublar Kubokunun əsas mərhələsinin I turundakı matçına hazırlıq məqsədilə təxirə salınıb. Belə ki, “Neftçi” oktyabrın 21-də Bakı İdman Sarayında Estoniyanın “Kalev” klubunu qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Federasiya hər iki tədbirə önəm verir və komandanın beynəlxalq yarışlarda uğurla çıxış etməsi üçün lazımi şəraitin yaradılmasına xüsusi diqqət göstərir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni