More

    Erhan Toker: “Zəif Rəqib Olmadığımızı Onlara Göstərməyə Çalışdıq”

    “Abşeron Lions”un baş məşqçisi Erhan Toker FIBA Avropa Kubokunda “Trefl”ə uduzduqları matçı dəyərləndirərək, rəqibə zəif olmadıqlarını sübut etməyə çalışdıqlarını qeyd etdi.

    Mütəxəssis mətbuat konfransında açıqladı: “Oyuna yaxşı hazırlaşmışdıq. Qarşılaşmaya istədiyimiz kimi başlamasaq da, sonradan oyunumuzu düzəltdik. Müdafiədə bəsit səhvlərə yol verirdik. Çox güclü komandaya qarşı oynayırdıq. Zəif rəqib olmadığımızı onlara göstərməyə çalışdıq. Məncə, bu, müəyyən qədər bizdə alındı. Matç ərzində 2-3 dəfə şans ‘üçlüy’ü atdılar. Digər tərəfdən, bəsit səhvlər qələbəmizə mane oldu. Rəqibin heyətində milli komanda oyunçuları var”.

    “Abşeron Lions” – “Trefl” qarşılaşması Polşa komandalarının 99:96 hesabı ilə qələbəsi ilə nəticələndi.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni