More

    “100”ü vur, 500-cü qolu buraxma: Tallindəki hədəflər

    Sabah Azərbaycan milli komandası UEFA Millətlər Liqasının III turunda Estoniya ilə qarşılaşacaq. Bu matç yığmamız üçün çox əhəmiyyətlidir, çünki bir neçə tarixi hədəf ön plandadır.

    Sport-az.com xəbər verir ki, Tallində keçiriləcək bu oyun Azərbaycan milli komandasının tarixində 302-ci sınaq olacaq. Komandamız ilk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüstan yığmasına qarşı keçirmiş və həmin görüşdə 3:6 hesabı ilə uduzmuşdu. O zamandan indiyə qədər milli komandamız 301 oyuna çıxıb, bu müddətdə 61 qələbə qazanıb, 78 dəfə heç-heçə edib və 162 dəfə məğlub olub. Bu qarşılaşmalarda 233 qol vuran komandamız 499 top buraxıb. Əgər Estoniya matçında rəqib qol vurarsa, bu, milli komandanın buraxdığı 500-cü qol olacaq.

    Bu qarşılaşma milli komandanın rəsmi turnirlər çərçivəsində 163-cü oyunu olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqası da daxil olmaqla, milli komandamız bu oyunlardan 21 qələbə qazanıb, 33 dəfə heç-heçə edib və 108 dəfə məğlub olub. Millimiz bu oyunlarda 99 qol vurub və Tallində yubiley 100-cü qolu vurmaq şansı var.

    Azərbaycan yığması Millətlər Liqasında 21-ci oyununa çıxacaq. Bu müddət ərzində komandamız 6 qələbə qazanıb, 7 heç-heçə edib və 7 dəfə məğlub olub. Futbolçularımız 17 qol vurub, 19 top buraxıblar.

    Fernandu Santuş üçün isə bu qarşılaşma baş məşqçi postunda üçüncü oyundur. Santuşun rəhbərliyi altında millimiz İsveçə 1:3, Slovakiyaya isə 0:2 hesabı ilə uduzub və hələlik xal qazana bilməyib.

    Qeyd edək ki, Estoniya – Azərbaycan matçı sabah Bakı vaxtı ilə saat 20:00-da Tallindəki “Le Koq Arena”da keçiriləcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni