Paytaxtın məşhur basketbol klubu “Sabah” bu mövsüm üçün heyətini gücləndirməyə davam edir. Klubun rəsmi açıqlamasına əsasən, komandaya yeni oyunçu olaraq 31 yaşlı amerikalı müdafiəçi Gerri Blakes cəlb olunub. Müdafiəçi ilə 2 mövsümlük müqavilə imzalanıb.
Gerri Blakesin ən son çıxış etdiyi klub Çin təmsilçisi “Hefei Storm” olub. O, 2016-cı ildən peşəkar səviyyədə müxtəlif ölkələrin çempionatlarında çıxış edib. İsveç, İtaliya, Fransa, Almaniya, Kipr, Latviya-Estoniya və Litvada keçirdiyi oyunlarla özünü sübut edən Blakesin təcrübəsi “Sabah” komandası üçün böyük fayda verəcək.



