Bu gün Azərbaycanın qadın şahmat millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında növbəti iki oyuna çıxacaq. Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alır. Komandanın kapitanı isə İlahə Qədimovadır.
Milli yığmamız A qrupunda mübarizə aparır. Hazırda FIDE komandası 4 xalla liderliyə sahibdir, Azərbaycan, Qazaxıstan, İspaniya və ABŞ isə hərəsi 2 xal toplayıb. Peru isə turnirdə xalsız yeganə komandadır.
Qadın şahmatçılarımız dünən Peru qarşısında 3:1 hesabı ilə qələbə qazanıblar, lakin Qazaxıstanla görüşdə 1,5:2,5 hesabı ilə uduzublar.
Dünya çempionatı noyabrın 23-də başa çatacaq və Azərbaycan komandası son həlledici turlarda uğurla mübarizə aparmaq niyyətindədir.



