Şirvan şəhərində keçirilən “Shirvan Open 2025” beynəlxalq şahmat festivalı rəsmi şəkildə başladı. Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Şirvan şəhər Olimpiya İdman Kompleksi və SOCAR-ın tərəfdaşlığı ilə təşkil olunan tədbirdə 8 ölkədən 240-dan çox şahmatçı mübarizə aparır.
Festivalun açılış mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək iştirakçıları uğurlar diləyib. Mərasimdə qeyd olunub ki, yarışlar A və B qruplarında keçiriləcək və hər iki qrup İsveçrəyə sistemi üzrə 9 turdan ibarət olacaq.
Ümumi mükafat fondu 22,650 AZN-dir. A qrupunun qalibi 5,100 AZN, B qrupu üzrə ən yüksək nəticə qazanan şahmatçı isə 1,000 AZN mükafat qazanacaq. Həmçinin, festivalda rapid və blits oyunlarının keçirilməsi planlaşdırılır.
Bu tədbir Azərbaycan Şahmat Federasiyasının “Chess Tour Azerbaijan” layihəsinin 8-ci və ilin yekun festivalıdır. Yarışlar 26 noyabr tarixində yekunlaşacaq və iştirakçılar yüksək səviyyəli mübarizə və yarış təcrübəsi qazanmağa davam edəcək.



