Serbiyalı tennis uldu Novak Đokoviç Avstraliya Açıq Çempionatında yeni səhifə yazaraq Böyük Dəbilqə turnirlərində unikal nailiyyət əldə edib.
İlk turda rahat qələbə
Đokoviç turnirin ilk mərhələsində ispan Pedro Martines Porresə qarşı 6:3, 6:2, 6:2 hesablı qələbə qazanıb. Bu, onun Melbourne Parkda 100-cü karyera qələbəsi olmuşdur.
38 yaşında olan dünya 4-nömrəlisi 2 saat davam edən matçda 57 servis oyunundan yalnız 5 balı itirərək, 14 ess, 93% ilk servis balı qazanma faizi və 30-dan çox winner göstərib. “Bu axşamki oyum əla idi. şikayət edə bilmərəm. 100 rəqəmini sevirəm… “
Tarix yaratmaq, xüsusilə son 5-10 il motivisiya edir,” – qalibiyyət sonrası deyib.
Unikal “Triple 100” nailiyyəti
Beləliklə, Đokoviç “Australian Open”da 100 (10 titullu), “Rolan Qarros”da 101 və “Uimbldon”da 102 qələbə ilə tarixdə üç fərqli Böyük Dəbilqə turnirində 100+ qələbə qazanan ilk tennisçi olmuşdur.
Bu rekord Federer (AO 102, Uimbldon 105) və Nadaldan (RQ 112) üstündür. O, 81-ci Grand Slam çıxışını edərək Federer və Lopezlə bərabərə gəlib və 25-ci Slam üçün “US Open”da 95 qələbəsi var.
İkinci tura İtaliya qualifiersi Fransesko Maestrelli ilə çıxacaq. Đokoviç 100-10 statistikası ilə turnirin ən uğurlu oyunçusudur və rekord 11-ci titulu hədəfləyir.



