Neymar 1 il sonra rəsmi oyuna çıxdı, komandası qalib gəldi

“Əl-Hilal”ın hücumçusu Neymar 369 gün sonra ilk dəfə rəsmi matçda meydana çıxıb.

Sport-az.com-ın məlumatına görə, braziliyalı futbolçu Asiya Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda keçirilən “Əl-Əyn”lə oyunda 77-ci dəqiqədə əvəzetmədən daxil olub.

Oyun olduqca məhsuldar keçib və Neymarın komandası səfərdə 5:4 hesabı ilə qələbə qazanıb.

Xatırladaq ki, Neymar sonuncu rəsmi oyununu 2023-cü ilin oktyabrın 18-də Braziliya millisinin heyətində 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində Uruqvaya qarşı keçirmişdi. Həmin matçın ilk yarısında ön çarpaz bağından ciddi zədə alan futbolçu menisk əməliyyatı olunmuşdu.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni