More

    Motta “İnter”lə 4:4 hesablı heç-heçəni dəyərləndirdi

    Motta “İnter”lə 4:4 hesablı heç-heçəni dəyərləndirdi

    İtaliya A Seriyasının 9-cu turunda “İnter”lə səfər oyununda 4:4 hesabı ilə bərabərə qalan “Yuventus”un baş məşqçisi Tyaqo Motta qarşılaşma barədə fikirlərini bölüşüb.

    Sport-az.com xəbər verir ki, Turin klubunun rəsmi saytında Mottanın sözləri belə çatdırılıb:

    “Qarşılaşma yetərincə mürəkkəb alındı. Amma rəqib 4-cü qolu vurandan sonra da oyundan qopmadıq. Oyunda hamısı yaxşı sayılmayan o qədər çox şey baş verdi ki, hamısını dəqiq təhlil etməliyik.

    Bütün komponentlərdə ‘artıra’ bilərik. Məsələn, bu gün 4 qol buraxdıq. Təbii ki, 4 qol müdafiədəki problemlərdən xəbər verir. Amma digər tərəfdən, hücumda təhlükəliydik. Açıq oyun gedirdi. Bəzi futbolçularımızın uğurlu çıxışını vurğulamalıyam. Sol cinahda Kanseysau və Kambyasso xoş təsir bağışladılar. Eləcə də Makkenni özünü yaxşı tərəfdən göstərdi. Bizə müdafiə planında fayda verə biləcək futbolçularımız da az deyil. Hər şey kimin hansı formada olmasından asılıdır”.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni