Rahilin komandası Polşa Kubokunda mübarizəni dayandırdı

Polşa Kubokunun 1/16 final mərhələsində Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun oynadığı “Radomyak” komandası “Şlensk” ilə qarşılaşıb.

Sport-az.com xəbər verir ki, oyun qonaq komanda olan “Şlensk”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Rahil Məmmədov start heyətində meydana çıxaraq oyunun sonuna qədər iştirak edib.

Bu məğlubiyyətdən sonra “Radomyak” Polşa Kubokundan kənarlaşaraq mübarizəni dayandırıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni