Avstraliyanı təmsil edən boksçu Tim Tszyu Albaniya idmançısı Denis Nurcanı məğlub edərək orta çəki dərəcəsində WBO International kəmərini qazanıb.
Sport-az.com xəbər verir ki, döyüş Avstraliyanın Vollonqonq şəhərində baş tutub. Gərgin keçən qarşılaşma Tszyunun hakimlərin qərarı ilə qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Tszyu birinci orta çəki dərəcəsində WBO versiyası üzrə keçmiş dünya çempionudur. 31 yaşlı boksçu bundan əvvəlki döyüşündə Entoni Velaskesi hakimlərin yekdil qərarı ilə məğlub etmişdi. Hazırda Tszyunun peşəkar rinqdə 27 qələbəsi və 3 məğlubiyyəti var. Denis Nurca üçün isə bu, 20 qələbədən sonra karyerasındakı ilk məğlubiyyət olub.



