“Milan” komandasının ulduzu Rafael Leau karyerasını İspaniyada davam etdirə bilər.
Sport-az.com xəbər verir ki, “Diario Sport”un məlumatına görə, portuqaliyalı futbolçunun “Barselona”ya keçid ehtimalı yaranıb. İddialara əsasən, 25 yaşlı vingerin “Milan”ın baş məşqçisi Paulo Fonseka ilə münasibətlərində problemlər ortaya çıxıb. Bu səbəbdən Leau klubdakı mövcud vəziyyətdən yorulub.
Kataloniya klubu Leaunun “Milan”dakı vəziyyətini izləyir və vəziyyətdən yararlanaraq futbolçunu münasib bir qiymətə transfer etmək imkanını dəyərləndirir. Qeyd edək ki, yay transfer dövründə Leau “Barselona”ya təklif olunmuşdu, lakin klub onun 175 milyon avroluq sərbəst qalma qiymətini ödəyə bilməmişdi.
Rafael Leau cari mövsümdə A Seriyasında 8 oyunda iştirak edərək 1 qol vurub.