Biletlər satışa çıxarıldı

UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək Azərbaycan – Estoniya oyununun biletləri artıq satışa çıxarılıb. Qarşılaşma noyabrın 16-da saat 18:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.

Sport-az.com AFFA-nın saytına istinadən xəbər verir ki, Qəbələ şəhər stadionunda bilet satışı yalnız oyun günü üçün nəzərdə tutulub. Oyuna biletlərin qiymətləri aşağıdakı kimidir:

Bilet Kateqoriyaları və Qiymətlər:

  • 1-ci Kateqoriya: 5 AZN
  • 2-ci Kateqoriya: 2 AZN
  • VİP: 20 AZN

iTicket.az satış məntəqələri:

  • Gənclik Mall
  • 28 Mall
  • Köşk No1 (Sahil m. M.Rəsulzadə 3)
  • Köşk No2 (Bülbül prospekti, Nizami küç.)
  • 1 Saylı ASAN xidmət mərkəzi
  • 2 Saylı ASAN xidmət mərkəzi
  • 3 Saylı ASAN xidmət mərkəzi
  • 4 Saylı ASAN xidmət mərkəzi
  • 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi

Azarkeşlər bilet almaq üçün göstərilən məntəqələrə yaxınlaşa bilərlər.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni