Azərbaycan millisinin iki güləşçisi Avropa çempionatında yarımfinala yüksəldi

Bolqarıstanın Samakov şəhərində keçirilən U-17 Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşi üzrə millisi növbəti görüşlərini keçirib. Gün ərzində bir neçə təmsilçimiz xalça üzərinə çıxsa da, ən uğurlu nəticələri Ömər Salmanov və Qurban Məcnunov əldə ediblər.

48 kq çəki dərəcəsində çıxış edən Ömər Salmanov yarışa Türkiyə təmsilçisi Şamil Şahan üzərində 8:1 hesablı qələbə ilə başlayıb. Daha sonra çexiyalı Simon Sritlə qarşılaşan güləşçimiz tam üstünlüklə qalib gələrək yarımfinal mərhələsinə yüksəlib.

55 kq çəkidə mübarizə aparan Qurban Məcnunov isə ilk görüşdə polşalı Yakub Şkripçakı 9:0 hesabı ilə məğlub edib. Ardınca gürcüstanlı Giorgi Kedelidzeni 5:3 hesabıyla üstələyən idmançımız 1/4 finalda ukraynalı Raxman Qamidova qarşı inamlı çıxış sərgiləyib və 11:2 hesablı qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib.

Digər təmsilçilərimizin nəticələri

80 kq çəki dərəcəsində çıxış edən Zəka Yusubov yarışa Rumıniya təmsilçisi Robert Kukiurea üzərində 8:0 hesablı qələbə ilə başlayıb. Daha sonra rusiyalı Yeqor Kuropiatnikovu 7:6 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Ancaq növbəti mərhələdə ukraynalı Danyil Melniçuka minimal fərqlə – 3:4 hesabıyla uduzub.

65 kq-da yarışan Orxan Həbibli bolqarıstanlı Antoan Tsvetanov üzərində 7:1 hesablı qələbə qazansa da, 1/4 finalda rusiyalı Aslan Dzuyevə 4:8 hesabı ilə məğlub olub.

110 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Mustafayev isə ilk görüşdə ukraynalı Maksim Sokolyuka 0:9 hesabı ilə uduzaraq turnirlə erkən vidalaşıb.

Yarımfinalda rəqiblər bəlli olub

Azərbaycan millisinin yarımfinaldakı qarşılaşmaları da müəyyənləşib:

  • Ömər Salmanov (48 kq) – Benedek Tombor (Macarıstan)
  • Qurban Məcnunov (55 kq) – Abu Bakar Saqa (Norveç)

U-17 Avropa çempionatının yarımfinal görüşləri Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Turnir mayın 17-dək davam edəcək.

Azərbaycan millisinin iki güləşçisi Avropa çempionatında yarımfinala yüksəldi

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni