“Qarabağ” bu gün avrokubok taleyini həll edir – “Dinamo Kiyev” sınağı

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmaları ilə növbəti pley-off iştirakçıları müəyyənləşəcək. Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” da bu gün həlledici matçına çıxacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda Ukraynanın “Dinamo Kiyev” klubunu qəbul edəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və start fiti saat 20:00-da səslənəcək. Qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

Ağdam təmsilçisi revanş üçün meydana çıxacaq

Komandalar arasında Polşada keçirilən ilk oyunda “Dinamo Kiyev” minimal hesablı qələbə qazanmışdı. Buna görə də “Qarabağ” doğma azarkeşləri önündə bu məğlubiyyətin əvəzini çıxmağa və iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə yüksəlməyə çalışacaq.

UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə uğrunda mübarizə aparan Ağdam klubu son illərdə avrokuboklarda uğurlu çıxışları ilə seçilir və bu dəfə də növbəti raunda yüksəlmək üçün bütün imkanlarını səfərbər edəcək.

UEFA Konfrans Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunu

13 avqust

20:00. Qarabağ – Dinamo Kiyev (Ukrayna)

  • Hakimlər: Stüart Ettvell, İan Husseyn, Nik Qrinhalq, Lyuis Smit (hamısı İngiltərə).
  • Stadion: Tofiq Bəhramov adına Respublika stadionu, Bakı.
  • İlk oyun: 0:1.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni