Kililan Mbappe Çində Mao Tszedunla bağlı mem açıqlamasından sonra sponsorlarını itirib, Çin rəhbərliyinin tənqidinə məruz qalıb və İspaniya La Liqasını çətin vəziyyətə salıb. Futbolçunun sözləri Çində geniş etiraz dalğasına səbəb olub, sosial şəbəkələrdə isə ona qarşı minlərlə yeni tənqidçinin ortaya çıxdığı bildirilir. Onların bir qisminin əvvəllər Mbappenin azarkeşi olduğu ehtimal edilir.
Skandal Mbappenin ən çox bəyəndiyi memi “üzümün Çin diktatorunun bədəninə yerləşdirildiyi şəkil” adlandırmasından sonra başlayıb. Çində Mao Tszedunla bağlı təhqir qadağan olunduğu üçün bu ifadə hörmətsizlik kimi qiymətləndirilib.
Sponsorlar və yayım dayandırıldı
Bir gün ərzində Çinli sponsorlar onunla əməkdaşlıqdan imtina edib, Çin Xarici İşlər Nazirliyi Mbappenin sözlərini pisləyib, onun iştirak etdiyi matçların Çin televiziyasında yayımlanması qadağan edilib. Futbolçu, klubu və La Liqa rəhbərliyi Çindən üzr istəməyə tələsib, lakin bu, azarkeşlərin reaksiyasını dəyişməyib.
Sosial şəbəkələrdə getdikcə yeni videolar yayımlanır: Çinli azarkeşlər Mbappenin soyadı yazılmış formaları yandırır, onun təsviri olan afişaları cırır. Bu görüntülər azarkeşlərin Mbappeyə münasibətini əks etdirir.
London səfəri də uğursuz oldu
Mao memi ətrafındakı qalmaqal Mbappeyə qarşı mənfi münasibəti Londonda keçirilən “Qızıl top” mərasimindəki uğursuzluq fonunda daha da dərinləşdirib. Jurnalistləri onun lehinə səs verməyə inandırmaq cəhdlərinə baxmayaraq, Kilian əsas mükafatı qazana bilməyib və Harri Keynə təxminən 40 xal fərqi ilə uduzub.
Buna görə Britaniya paytaxtına səfər “Real”ın ulduzu üçün boşa çıxıb: o, bütün axşam zalda oturub və bir dəfə də səhnəyə qalxmayıb.





