“Marafon” klubu Dünya Kubokunu 25-ci pillədə başa vurdu

Azərbaycanın çimərlik futbolu üzrə “Marafon” İK komandası Türkiyədə keçirilən “World Winners Cup Alanya 2026” turnirində çıxışını başa vurub. Təmsilçimiz dördüncü qarşılaşmasında da məğlubiyyətlə üzləşib. Bununla da komanda yarışda qələbə qazana bilməyib.

F qrupunda mübarizə aparan Azərbaycan klubu son oyununda Fransanın “Sevenne” komandası ilə qarşılaşıb. Görüş rəqibin 7:2 hesablı üstünlüyü ilə yekunlaşıb.

“Marafon” dörd oyunun hamısında məğlub olub

Azərbaycan təmsilçisi turnirin qrup mərhələsində də uğursuz nəticələrlə yadda qalıb.

“Marafon” ilk qarşılaşmasında Çinin TMS klubuna 2:4, növbəti görüşdə isə Ukraynanın “Sunrise” (Kiyev) komandasına 6:8 hesabı ilə uduzub.

Üçüncü matçda Bolqarıstanın “Spartak” komandası ilə əsas vaxt 4:4 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə rəqib 3:1 hesabı ilə üstün olub.

Fransanın “Sevenne” klubuna qarşı keçirilən son görüş də məğlubiyyətlə nəticələnib.

Beləliklə, “Marafon” İK 32 komandanın iştirak etdiyi “World Winners Cup Alanya 2026” turnirini 25-ci yerdə tamamlayıb.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni