Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsi bu gün başa çatacaq. Üç gün davam edən mərhələnin son oyun günündə iki qarşılaşma keçiriləcək. Bu matçlardan sonra 1/8 finalın bütün iştirakçıları müəyyənləşəcək.
Oktyabrın 29-da “Xankəndi” – “Gəncəbasar” və “Zəngəzur” – “Karvan Yevlax” görüşləri baş tutacaq. Hər iki qarşılaşma saat 14:00-da başlayacaq.
Oktyabrın 27-28-də keçirilən 10 oyunun nəticəsinə əsasən, “Araz-Naxçıvan”, “Marafon”, “Sumqayıt”, “Qəbələ”, “Zirə”, “İmişli”, “Şamaxı”, “Şahdağ Qusar”, “Şəfa” və “Kəpəz” növbəti mərhələyə yüksəlib.
“Qarabağ”, “Sabah”, “Neftçi” və “Turan Tovuz” isə mübarizəyə 1/8 finaldan qoşulacaq. Beləliklə, növbəti mərhələdə iştirak edəcək 16 komandadan 14-ü artıq məlumdur.
Azərbaycan Kuboku: 29 oktyabrın oyun proqramı
II təsnifat mərhələsi:
14:00. “Xankəndi” – “Gəncəbasar”
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Safalı Ağayev, Hacıağa Həsənov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Stadion: Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
14:00. “Zəngəzur” – “Karvan Yevlax”
Hakimlər: Ceyhun Hüseynov, Vüqar Bayramov, Samir Qaracayev, Ləman Əmirli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Stadion: Binə qəsəbə stadionu.
Bu iki görüşün qalibləri Azərbaycan Kubokunun 1/8 finalına vəsiqə qazanan son komandalar olacaq.





