“Yuventus”da Spallettinin gələcəyi sual altındadır: “Napoli” ilə oyun həlledici ola bilər

İtaliyanın “Yuventus” klubunun baş məşqçisi Luçano Spalletti vəzifəsindən ayrılmaq təhlükəsi ilə üzləşib. Turin təmsilçisinin mövsümə uğursuz başlaması rəhbərliyin məşqçinin gələcəyini yenidən nəzərdən keçirməsinə səbəb olub. Qarşıdakı “Napoli” matçının Spalletti üçün həlledici ola biləcəyi bildirilir.

A Seriyasında doqquz turdan sonra “Yuventus” turnir cədvəlinin yalnız 8-ci pilləsində qərarlaşıb. Komandanın nəticələri klub rəhbərliyinin gözləntilərini doğrultmur.

“Yuventus”da Spallettinin gələcəyi sual altındadır: “Napoli” ilə oyun həlledici ola bilər

Baş məşqçinin mövqeyi “Cenoa”ya qarşı məğlubiyyətdən sonra zəifləməyə başlayıb. Həmin vaxt klub rəhbərliyi dərhal qərar verməyərək Spallettiyə işini davam etdirmək imkanı yaradıb.

Lakin komandanın turnir cədvəlindəki vəziyyəti məşqçi üzərində təzyiqi artırıb. Yayılan məlumatlara əsasən, “Yuventus” “Napoli”yə də uduzarsa, Spalletti istefaya göndərilə bilər.

“Yuventus” yeni baş məşqçi namizədlərini nəzərdən keçirir

Turin klubunun mümkün məşqçi dəyişikliyinə hazırlaşdığı və artıq alternativ namizədləri araşdırdığı bildirilir.

Əsas namizəd kimi Didye Deşam göstərilir. Bununla yanaşı, Stefano Pioli və Antonio Kontenin də klubun nəzərdən keçirdiyi mütəxəssislər arasında olduğu qeyd edilir.

Hələlik Spallettinin gələcəyi ilə bağlı rəsmi qərar açıqlanmayıb. “Napoli” ilə qarşılaşmanın nəticəsi isə baş məşqçinin komandadakı taleyinə təsir göstərə bilər.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni