“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın uğursuz oyunlarından sonra kabinetində təcrid olunaraq telefon zənglərinə cavab vermir. The Athletic xəbər verir ki, ispan mütəxəssis diqqətini yayındıran amillərdən uzaqlaşaraq problemlərin səbəbini analiz etməyə çalışır.
Qvardiola mobil telefonunu söndürüb, zənglərə cavab vermir və hazırda İngiltərə çempionlarının uğursuzluqlarını aradan qaldırmaq üçün tam fokuslanmış vəziyyətdə çalışır.



