Azərbaycan cüdoçusu Elcan Hacıyev (90 kq) 2024-cü ildə qazandığı mükafatların sayına görə ölkə idmançıları arasında lider olub.
Sport-az.com xəbər verir ki, Hacıyev bu mövsüm 5 yarışda fərqlənərək mükafat qazanıb.
O, mövsümə Portuqaliya Qran-Prisində bürünc medal ilə başlayıb. Daha sonra Paris və Tbilisi şəhərlərində keçirilən “Böyük Dəbilqə” turnirlərində ikinci yer tutub. Ən böyük uğurlarından biri isə Zaqrebdə Avropa çempionu olmaqdır. Bundan əlavə, Astanada keçirilən “Böyük Dəbilqə” turnirində ilk “üçlüy”ə daxil olub.
Mükafatların keyfiyyətinə gəlincə, bu göstəricidə Hidayət Heydərov (73 kq) liderdir. O, Yay Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında, eləcə də Bakıda keçirilmiş “Böyük Dəbilqə” turnirində qızıl medal qazanaraq yüksək əyarını bir daha sübut edib.