Los-Anceles Lakers komandasının lideri LeBron James NBA tarixində yeni bir nailiyyətə imza atıb.
Sport-Az xəbər verir ki, statistik platforma StatMamba-nın məlumatına görə, LeBron, 40 yaş və daha böyük yaşda olan bir oyunçu kimi, bir oyunda 35-dən çox xal toplayaraq beşdən çox üçxallıq zərbə ilə fərqlənən ilk basketbolçu olub.
Bu tarixi nəticəni James NBA-nın müntəzəm mövsümündə “Portland Trail Blazers” komandası ilə keçirilən qarşılaşmada (114:106) əldə edib. Oyun ərzində LeBron 38 xal toplayıb və yeddi üçxallıq atışını dəqiq yerinə yetirib.
Qeyd edək ki, keçən ilin dekabr ayında LeBron James 40 yaşını qeyd edib və buna baxmayaraq, yüksək səviyyəli performans göstərməkdə davam edir.