Azərbaycanlı atlet Nazim Babayev İspaniyanın Sabadel şəhərində keçirilən uzunluğa tullanma yarışlarında bürünc medal qazanıb.
Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətinə istinadən Sport-Az xəbər verir ki, idmançımız 7 metr 44 sm nəticə ilə üçüncü yeri tutub. Bu, Nazim Babayevin 2025-ci ildə qazandığı ilk medaldır.