“Sabah” Polşadan Amerikalı Basketbolçu Transfer Etdi

“Sabah” basketbol klubu heyətini yeni bir oyunçu ilə gücləndirdi. Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, ABŞ-lı basketbolçu Ceyms İds ilə ikiillik müqavilə imzalanıb.

27 yaşlı İds əvvəllər Polşa, Macarıstan və Rumıniyada çıxış edib. 190 sm boyu olan basketbolçu müdafiəçi mövqeyində oynayır.

Son olaraq, o, Polşanın “Wilki Morskie” komandasında forma geyinirdi.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni