“Naxçıvan” “Abşeron”u məğlub etdi

Bu gün Azərbaycan Basketbol Liqasında A qrupunda bir oyun keçirildi.

Sport-az xəbər verir ki, IX turun təxirə salınmış oyununda “Naxçıvan” “Abşeron”la qarşılaşıb. Naxçıvan təmsilçisi mövsümdə səkkizinci qələbəsini qazandı. İlk dövrədə üstünlük əldə edən ev sahibi komanda oyunun sonuna qədər bu üstünlüyü qoruyaraq liderlə eyni xala sahib oldu. “Abşeron” isə mövsümdə altıncı məğlubiyyətini aldı.

Oyun “Sərhədçi” İdman Kompleksində keçirilib.

Azərbaycan Basketbol Liqası

Təxirə salınmış oyun – IX tur
14 yanvar
Qrup A
19:00. “Naxçıvan” – “Abşeron” – 102:82 (34:21, 15:13, 17:27, 36:21)
Yer: “Sərhədçi” İdman Kompleksi

Qeyd edək ki, B qrupunda təxirə salınmış oyunlar sabah keçiriləcək. “Şəki” “Gəncə”ni, “Sumqayıt” isə “Quba”nı qəbul edəcək.

Turnir Cədvəli:

YerKomandaOyunQələbəMəğlubiyyətTop fərqiXal
1Sabah1082829-70118
2Naxçıvan1082810-74918
3Sərhədçi1055737-6615
4Neftçi1046732-75714
5Abşeron1046733-81714
6NTD918737-82710

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni