Neymar yenidən “Santos”a qayıdır

Braziliyanın məşhur futbolçusu Neymar karyerasını böyük ehtimalla “Santos” klubunda davam etdirəcək.

Sport-Az xəbər verir ki, tanınmış jurnalist Fabricio Romano öz sosial şəbəkə hesablarında Neymarın “Santos”a qayıdışının artıq qaçılmaz olduğunu bildirib. Tərəflər arasında şifahi razılıq əldə olunub və gələn həftə “Əl-Hilal” klubu ilə yekun razılaşmanın əldə olunması və sənədlərin yoxlanması prosesi tamamlanacaq.

Xatırladaq ki, Neymar 2013-cü ilə qədər “Santos”un formasını geyinmiş və daha sonra Kataloniya “Barselona”sına transfer olmuşdu.

Hazırkı mövsümdə Neymar “Əl-Hilal”ın heyətində yalnız iki oyunda iştirak edib və məhsuldar hərəkətlərlə yadda qalmayıb. Futbolçunun cari müqaviləsi 30 iyun 2025-ci il tarixinədək qüvvədədir və əlavə bir illik uzadılma opsiyasını da əhatə edir. “Transfermarkt” portalının məlumatına görə, 32 yaşlı Neymarın bazar dəyəri 15 milyon avro təşkil edir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni