Yanvar ayının ən yaxşı Premyer Liqa futbolçusu namizədləri açıqlandı

İngiltərə Premyer Liqası (APL) yanvar ayının ən yaxşı futbolçusu adına namizəd olan yeddi oyunçunun siyahısını açıqlayıb.

Namizədlər sırasında Mançester Siti, Liverpul, Nyukasl, Bornmut, Kristal Pelas və Brentford klublarının oyunçuları yer alıb:

  • Fil Foden (“Mançester Siti”) – 6 qol, 1 assist
  • Kodi Qakpo (“Liverpul”) – 3 qol, 1 assist
  • Din Heysen (“Bornmut”) – 2 quru oyun
  • Aleksander İsak (“Nyukasl”) – 5 qol, 1 assist
  • Castin Kluyvert (“Bornmut”) – 5 qol, 2 assist
  • Jan-Filipp Mateta (“Kristal Pelas”) – 4 qol
  • Brian Mbeumo (“Brentford”) – 4 qol, 1 assist

Səsvermə APL-in rəsmi saytında 3 fevral tarixinə qədər davam edəcək. Qalibin adı daha sonra elan ediləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni