More

    “Espanyol” futbolçusu Karlos Romero Mbappe-dən üzr istədi

    “Espanyol” klubunun müdafiəçisi Karlos Romero, La Liqanın 22-ci turunda “Real Madrid”lə matçda Kilian Mbappeyə qarşı etdiyi kobud fola görə üzr istəyib.

    Məlumata görə, oyunun 60-cı dəqiqəsində Romero sahənin mərkəzində Mbappeni arxadan yerə yıxıb. Futbolçu hadisə ilə bağlı bunları bildirib:

    “Mbappeni saxlamaq demək olar ki, mümkünsüzdür. Onu əlimdən gəldiyi qədər dayandırmağa çalışdım. Bunu etdiyim üçün üzr istədim. Ancaq bu, matçdan kənara çıxan bir məsələ olmadı, hər şey meydançada qaldı.”

    Matçın ardından “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti, hakimin Romeronu meydandan qovmamasının qəbuledilməz olduğunu bildirib. Marca nəşri isə bu qərarı başa düşülməz adlandırıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni