Futbolda ən yaxşı penalti vuran futbolçuların reytinqi açıqlanıb

Futbol portalı Score90 tarixdə ən çox penalti qoluna imza atan futbolçuların siyahısını təqdim edib.

Siyahıya hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştianu Ronaldu başçılıq edir. O, karyerası ərzində 172 penalti zərbəsini dəqiq yerinə yetirib.

İkinci pillədə “Barselona” və Hollandiya millisinin əfsanəvi müdafiəçisi Ronald Kuman qərarlaşıb. O, 111 penaltini qola çevirib.

Səkkizqat “Qızıl top” sahibi Lionel Messi isə indiyə qədər 109 penalti vurub. Hazırda “İnter Mayami” klubunda çıxış edən argentinalı ulduz bu göstərici ilə üçüncü sırada yer alıb.

İtaliya futbolunun əfsanələri Roberto Badjo və Françesko Totti də reytinqin ilk beşliyinə daxil olub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni