More

    Ançelotti “Real”ın iki müdafiəçisinin “Mançester Siti” ilə cavab oyununa qayıdacağını açıqladı

    “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti, 2024/2025 mövsümünün Çempionlar Liqasının pley-off mərhələsində “Mançester Siti” üzərində qazanılan 3:2 hesablı qələbədən sonra müdafiə xəttinin çıxışı və komandanın iki əsas futbolçusunun bərpası barədə danışıb.

    “Bugünkü oyunda yaxşı müdafiə olunduq. Ancaq bəzən təzyiqi artıranda və soyuqqanlılığımızı itirəndə, rəqib bizim üçün təhlükə yaratdı. Bu bizim üçün önəmli dərsdir. Bugünkü müdafiə xətti heç vaxt birlikdə oynamayıb, hətta birlikdə məşq də keçməyib, amma onlar möhtəşəm performans sərgilədilər. Bununla belə, cavab oyunu üçün bizə Rüdiger və Alaba lazımdır. Ümid edirəm ki, həmin vaxta qədər tam hazır olacaqlar”, – deyə Ançelotti bildirib.

    Qeyd edək ki, ilk oyunda “Real Madrid”in müdafiə xəttində Federiko Valverde, Aurelyen Tçuameni, Raul Asensio və Ferlan Mendi çıxış edib. Oyunun sonlarında isə Fran Qarsiya meydana daxil olub.

    Cavab görüşü 19 fevral tarixində Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni