Basketbol üzrə 2027-ci il Dünya Çempionatının seçmə mərhələsində A qrupunun son iki turu öncəsi FIBA komandaların növbəti mərhələyə keçmək ehtimallarını qiymətləndirib. Sport-az.com-un məlumatına görə, Azərbaycan millisinin qrup qalibi olmaq şansı olmasa da, ən yaxşı ikinci yer tutan komanda kimi növbəti mərhələyə yüksəlmək imkanları hələ də qalır.
FIBA-nın açıqlamasında bildirilir ki, Kosovo da mübarizədə qalır və hər şey son turda həll ediləcək. Həlledici görüşlərdən biri İrlandiya millisi ilə Bakıda baş tutacaq, burada ikinci yer uğrunda mübarizənin taleyi müəyyənləşə bilər. Kosovo isə öz meydanında Azərbaycan və İsveçrə yığmaları ilə qarşılaşacaq.
FIBA-nın diqqət yetirdiyi oyunçular
Beynəlxalq Basketbol Federasiyası hər komandadan ən diqqətçəkən oyunçuları qeyd edib:
- Səlim Fofana (İsveçrə)
- Şon Flad (İrlandiya)
- Şirzad Şirzadov (Azərbaycan)
- Dardan Berişa (Kosovo)
Bu basketbolçuların son iki turda öz komandaları üçün vacib rol oynayacağı bildirilir.