Mərc şirkəti 1xBet La Liqada çempionluq titulunun əsas iddiaçılardan danışır.
Bu mövsümdə La Liqa çempionluğu uğrunda üç İspaniya nəhəngi mübarizə aparır. 24 turdan sonra turnir cədvəlinə 51 xal toplayan Barselona başçılıq edir və yalnız əlavə göstəricilər sayəsində Realı qabaqlayır. Madrid Atletiko isə lider duetindən cəmi 1 xal geridədir. Lakin bu komandaların turnir cədvəlindəki mövqeyi onların çempionluq şanslarının bərabər olduğunu sübut etmir.
1xBet analitikləri İspaniyanın 3 aparıcı klubunun çempionluq ehtimalını belə qiymətləndiriblər:
- Barselona – əmsal 1.96.
- Real Madrid – 2.32.
- Atletiko Madrid – 7.30.
Barselona
29 may 2024`cü ildə Barselonanın prezidenti Joan Laporta gözlənilmədən klubun əfsanəsi Xavini almaniyalı məşqçi Hansi Fliklə əvəz etdi. Skeptiklər keçmiş Bavariya baş məşqçisinin uğursuz olacağını proqnozlaşdırırdılar, lakin Flikin rəhbərliyi altında katalonlar parlaq və hücumameyilli futbol sərgiləməyə başladılar.Onlar çempionatın ilk 12 matçından 11`də qalib gəldilər və rəqiblərindən xeyli aralandılar. Lakin bu sürətli yüksəlişin ardınca eyni dərəcədə kəskin eniş gəldi – noyabrın ortalarından yanvarın ortalarına qədər Blaugrana 8 oyunda cəmi 1 qələbə qazandı və liderliyi itirdi. Ancaq heç kim əbədi zəif qala bilməz – artıq qışın ikinci yarısında Hansi Flikin komandası qələbə yoluna qayıtdı.Komanda Valensiyanı (7:1) və Sevilyanı (4:1) darmadağın edərək təsirli oyun sərgilədi. Lakin eyni zamanda, Alaves və Rayo Valyekano üzərində çətinliklə qazandığı 1:0 hesablı qələbələr narahatlıq yaratdı.
Stabilliyin olmaması Barselonanın İspaniya çempionu olmasına mane ola bilər, xüsusilə də qalan oyunların çətinliyini nəzərə alsaq. Kataloniyalıları qarşıda evdə keçiriləcək El-Klasiko və səfərdə Atletiko Madrid və Atletik Bilbao ilə duellər gözləyir.
Real
Hətta ulduz transferi Kilian Mbappe ilə belə, Real mövsümə inamsız başladı və ilk 3 turda zəif rəqiblər – Malyorka və Las-Palmas qarşısında xal itirdi. Karlo Ançelottinin komandası hələ Barselona kimi uzunmüddətli böhran yaşamasa da, madridlilərin oyunundakı problemlər tədricən üzə çıxmağa başlayır. Fevralın ilk yarısında hazırkı çempion 3 oyunda cəmi 2 xal topladı və Espanyol və Osasunanı məğlub edə bilmədi. Üstəlik, bu mövsümdə «Qaymaqlılar» əsas rəqibləri ilə oyunlarda zəif çıxış edir və müdafiədə xroniki kadr problemləri yaşayır – 4 əsas müdafiəçi hələ də zədəlidir. Bütün bunlara görə çempionluğun qorunması ciddi sual altındadır.
Atletiko
Uzunmüddətli mərclər gizli favorit olmadan maraqsızdır! «Matrasçılar» məğlubiyyətlərin və buraxılan qolların sayına görə ən yaxşı göstəricilərə sahibdirlər. Buna baxmayaraq, 1xBet analitikləri onları favorit hesab etmir. Bu mövsümdə Dieqo Simeone tez-tez öz ənənəvi, müdafiəyə əsaslanan oyun modelinə qayıdır. Buna görə də argentinalı mütəxəssisin həddindən artıq ehtiyatlı taktikası çempionluq yolunda maneəyə çevrilə bilər.



