Madrid “Real”ının yarımmüdafiəçisi Cud Belinqem İspaniya çempionatında iki oyunluq cəza alıb.
21 yaşlı futbolçu La Liqanın son turunda “Osasuna” ilə 1:1 hesabı ilə başa çatan oyunda meydandan qovulmuşdu. O, hakimə qarşı qeyri-etik ifadə işlətdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Bildirilir ki, Belinqem hakimə hörmətsiz davranışına görə iki oyunluq cəzalandırılıb.
Bu mövsüm ingilis futbolçu bütün turnirlərdə 33 oyuna çıxaraq 11 qol vurub və 10 assist edib. Qeyd edək ki, “Real” növbəti iki turda “Jirona” ilə evdə, “Betis”lə isə səfərdə qarşılaşacaq.



