More

    Qvardiola: “Dövrümün Sonu? Bəli”

    “Manchester City” klubunun baş məşqçisi Xosep Qvardiola, UEFA Çempionlar Liqasının 2024/2025 mövsümündə “Real Madrid”-ə qarşı 1:3 hesablı məğlubiyyətdən sonra komandası və gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

    Qvardiola mətbuata verdiyi açıqlamada belə deyib:
    “Dövrümün sonu? Bəli, müəyyən mənada. Heç nə əbədi deyil. Biz son yeddi ildə altı dəfə Premyer Liqanı qazandıq və Çempionlar Liqasında hər il dörddəbir final, yarımfinal və finala qədər yüksəldik…”

    O, komandasının cari mövsümdəki performansını belə dəyərləndirib:
    “Keçən mövsüm çox yaxşı oynadıq, amma bu il eyni səviyyədə deyilik. Mən hər zaman hesab edirəm ki, qalib gəlməli olan komanda qalib gəlir. Bəzən komandalar gözləntiləri doğrultmadan mərhələ adlayırlar, amma bu futboldur və bunu qəbul etmək lazımdır.”

    Qvardiola, özündə güc hiss etdiyini və davam etmək niyyətində olduğunu vurğulayıb:
    “Əlbəttə, gücüm var. Dayanmağı düşünmürəm. Gerçəklik budur ki, hal-hazırda Real Madrid daha güclüdür. Vəssalam.”

    Bu məğlubiyyət, Qvardiolanın karyerasında ilk dəfə olaraq “Manchester City” komandasını UEFA Çempionlar Liqasında 1/8 finala çıxara bilməməsi ilə yadda qalıb.

    Növbəti mərhələdə “Real Madrid”, “Atletiko” və ya “Bayer” ilə qarşılaşacaq. Püşkatma mərasimi 21 fevral tarixində keçiriləcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni